Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

İclasda həmçinin MSK-nın 28 iyul tarixli protokolu təsdiq olunub, Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması və nəşr edilməsi barədə qərar verilib.

Daha sonra cari məsələlərə baxılıb.

MilliYol.Az