Birinci vitse-prezident Müstəqillik Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib.
 
MilliYol.Az xəbər verir ki, paylaşımda deyilir:
 
"Əziz həmvətənlər!
 
Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun! Uca Tanrı Vətənimizi qorusun!".