“Bloomberg”də dollar ucuzlaşdı


Avqust ayının 22-də banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb

Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 0,90% ucuzlaşaraq 1.6983 manat olub.

Qeyd edək ki, ötən gün terminal üzərində son ticarət 1.7137 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

MilliYol.Az
“Bloomberg”də dollar ucuzlaşdı - Milliyol.az