BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək


BMT Təhlükəsizlik Şurasında Suriyada atəşkəsin tədbiq olunmasına dair qətnamə üzrə səsvermənin fevralın 24-də keçiriləcəyi planlaşdırılır

Bu barədə Küveytin BMT-dəki daimi nümayəndəsi Mansur Əl Oteybi Təhlükəsizlik Şurasında məsləhətləşmələrin nəticəsinə əsasən məlumat verib.

"Səsvermə fevralın 24-də günorta baş tutacaq", - deyə o bildirib.

Qeyd edək ki, Suriya ərazisində humanitar yardımların çatdırılması və tibbi təxliyyə məqsədi ilə 30 günlük atəşkəsin elan edilməsi layihəsi 3 həftə əvvəl İsveç və Küveyt nümayəndə heyətləri tərəfindən təqdim olunmuşdu. (trend)
BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək - Milliyol.az