Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb


Bolqarıstanın Baş naziri Boyko Borisov bu gün Azərbaycana işgüzar səfərə gələcək

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, Bakıya səfər zamanı B.Borisovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.

Görüşdə ikitərəfli əlaqələrin, o cümlədən energetika sektorunda əməkdaşılığın inkişafı məsələləri müzakirə olunacaq.

Yanvarın 16-da Bolqarıstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rasizadə ilə birlikdə Bakı-Sofiya aviareysinin rəsmi açılış mərasimində iştirak edəcək.

B.Borisovun Bakıya səfəri həmin gün başa çatacaq və o, Strasburqa yola düşəcək.

MilliYol.Az