Braziliyalı futbolçu Çindən deportasiya oluna bilər


"Guangzhou Evergrande"nin braziliyalı yarımmüdafiəçisi Paulinyo Çindən deportasiya oluna bilər

28 yaşlı havbek yaponiyalı porno aktrisa Tsukasa Ao ilə birlikdə bukmeyker kontorunun reklam fotosessiyasında iştirakda ittiham edilib.

Çində oyunlara pul qoyuluşu və porno qadağandır. Paulinyonun nümayəndəsi çəkilişin ötən ilin noyabrında aparıldığını və Aonun sıradan bir model kimi onlara təqdim edildiyini bildirib.

Menecerin sözlərinə görə hazrda futbolçunun deportasiya təhlükəsi yoxdur. (goal.az)

MilliYol.Az
Braziliyalı futbolçu Çindən deportasiya oluna bilər - Milliyol.az