Bu il dünyada 106 jurnalist öldürülüb

2018-ci ilin əvvəlindən dünyanın 36 ölkəsində kütləvi informasiya vasitəsinin 100-dən çox jurnalisti və işçisi öldürülüb

Reyting.az bildirir ki, bunu Prezz Emblem Campaign qeyri-hökumət təşkilatı açıqlayıb.

Məlumata görə, bu ilin 10 ayında dünyada öldürülən jurnalistlərin sayı ötən ilin müvafiq dövründəkindən çox olub.

“Yanvar ayından bəri 36 ölkədə 106 jurnalist öldürülüb. 2017-ci il ərzində isə 99 belə fakt qeydə alınıb”, - təşkilatın açıqlamasında qeyd edilir.

Ən çox jurnalist öldürülən ölkələr arasında ilk üçlükdə Əfqanıstan (17), Meksika (15) və Yəmən (8) qərarlaşıb.

MilliYol.Az

Bu il dünyada 106 jurnalist öldürülüb - Milliyol.az