Can Bonomo motosikletlə qəzaya düşdü

Məşhur türkiyəli müğənni Can Bonomo bu gün motosikletlə qəzaya düşüb

Günorta saatlarında o, motosikletlə hərəkətdə olarkən qarşıdakı avtomobilin sürücüsü anidən dayanıb.

O, maşının qapısını açar-açmaz Bonomo motosikletlə qapıya dəyib. Nəticədə musiqiçinin qabırğaları çatlayıb, körpücük sümüyü isə qırılıb. Ona 1 ay məcburi istirahət verilib və konsertləri təxirə salınıb.

Bonomo qəzaya düşdüyünə dair xəbəri sosial şəbəkədə paylaşıb. Ciddi bir şey olmadığını deyib. (ölkə.az)

MilliYol.az

Can Bonomo motosikletlə qəzaya düşdü - Milliyol.az