Cəbhədən acı xəbər gəldi: şəhidimiz var

Martın 11-də səhər saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Bu barədə MilliYol.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

MilliYol.Az
Cəbhədən acı xəbər gəldi: şəhidimiz var - Milliyol.az