Cəhənnəmdən qaçış: Miqrantlar Avropaya belə gəldi - Video


Afrikadan İspaniyaya gələn qeyri-leqal miqrantların yeni videosu yayımlanıb

Axar.az xəbər verir ki, videonu “Deyli Meyil” qəzeti yayıb. Yayımlanan videoda miqrantların İspaniya sahillərinə çatdıqdan dərhal sonra xaotik şəkildə sahildən qaçaraq yoxa çıxmaları əks olunub. 

Qəzet miqrantların sahil mühafizə xidmətinin əməkdaşlarına yaxalanmamaları üçün belə qaçdıqlarını bildirib.

Qeyd edək ki, İtaliyanın miqrant qəbuluna qadağa qoymasından sonra İspaniya Afrika miqrantlarının Avropaya giriş əldə etməsi üçün əsas məkana çevrilib.

Cəhənnəmdən qaçış: Miqrantlar Avropaya belə gəldi - Video - Milliyol.az