Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər


Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya hazırlanıb

AzVision.az-ın məlumatına görə, prezentasiya bu gün İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin 2019-cu ildə keçiriləcək final oyununun təşkili məqsədilə AFFA Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb. 

MilliYol.Az
Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər - Milliyol.az