Cəsarət Valehov nazirlikdəki fəaliyyətini dayandırdı

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müvəqqəti vəzifəsinin icrasını dayandırıb.

MilliYol.az unikal.org-a istinadən xəbər verir ki, Cəsarət Valehov təhsil alması ilə bağlı ABŞ-a köçüb. Buna görə də o, mətbuat katibi kimi fəaliyyətini bir müddətlik dayandırıb.

Onun vəzifəsinin müvəqqəti icrası isə İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadəyə tapşırılıb.

Cəsarət Valehov nazirlikdəki fəaliyyətini dayandırdı - Milliyol.az