Dağıstanın baş naziri və iki müavini saxlanılıb


Dağıstanda Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları respublikanın baş nazir vəzifələrini müvəqqəti icra edən Əbdüsəməd Həmidovu saxlayıb

Trend-in məlumatına görə, bundan başqa baş nazirin iki müavini – Şamil İsayev və Rayudin Yusifov da sorğu-sual üçün FTX-ya gətirilib. Qeyd olunur ki. əməliyyat çərçivəsində Dağıstanın keçmiş təhsil naziri Şahabas Şahov da saxlanılıb.

Saxlanılanlar dövlət vəsaitlərinin mənimsənilməsində və korrupsiyada şübhəli bilinir.
Dağıstanın baş naziri və iki müavini saxlanılıb - Milliyol.az