Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər


Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər

Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı “Xarici işlər nazirlərinin Soçi görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənilirmi” sualına cavabında deyib.
 
Lakin o bildirib ki, bunu dəqiqləşdirmək lazımdır: “Belə bir müzakirənin keçirilməsi istisna deyil, amma dəqiqləşmə tələb edir. Mən dəqiqləşdirəcəyəm”.
 
Qeyd edək ki, MDB ölkələri xarici işlər nazirlərinin görüşü oktyabrın 10-da keçiriləcək.

MilliYol.Az
Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər - Milliyol.az