Dağlıq Qarabağda erməni hərbçi ölüb


Ermənistan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan ərazilərində daha bir hərbi qulluqçusunu itirib

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Ayk Akopyan fevralın 8-də Xənkəndində hərbi hospitalda ölüb.

Onun ölümünə meningitin kəskin formasının səbəb olduğunu bildirilir.

Araşdırma aparılır.
Dağlıq Qarabağda erməni hərbçi ölüb - Milliyol.az