Daha bir icra başçısı müavinini vəzifədən azad etdi (FOTO)

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub.
 
MilliYol.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.
 
Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O, 2011-ci ildən Xətai RİH başçısının müavini vəzifəsində işləyib. Ondan əvvəl isə RİH-də müxtəlif vəzifələrdə çalışıb.
 
Xatırladaq ki, daha əvvəl paytaxtın Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev vəzifəsindən azad olunub.
 
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi (FOTO) - Milliyol.az