Daha iki deputat COVID-19-a yoluxdu (FOTO)

Milli Məclisin deputatları koronavirusa yoluxub.

MilliYol.Az-ın Report-a istinadən məlumatına görə, bir neçə gün əvvəl deputat Azər Badamov və Tahir Kərimli də COVID-19 aşkarlanıb.

Milli Məclis üzvlərinin koronavirusla bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.

Deputatlar hazırda xəstəxanaların birində müalicə alır.