DÇ-2018: 1/4 final həyəcanı başlayır

Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək

Virtualaz.org bildirir ki, ilk oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə Uruqvay və Fransa yığmaları üz-üzə gələcəklər. Xatırladaq ki, 1/8 finalda Uruqvay Portuqaliyanı 2:1, Fransa isə Argentinanı 4:3 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

Günün digər matçında isə Belçika və Braziliya münasibətlərinə aydınlıq gətirəcək. 1/8 finalda Braziliya Meksikanı 2:0, Belçika isə Yaponiyanı 3:2 hesabı ilə məğlub edib.

DÇ-2018

1/4 final

6 iyul

18:00. Uruqvay - Fransa

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)

Nijni Novqorod, “Nijni Novqorod” stadionu


22:00. Braziliya – Belçika

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)

Kazan, “Kazan Arena”
DÇ-2018: 1/4 final həyəcanı başlayır - Milliyol.az