DÇ-2018: Bu materikdən o materikə 23 oyunçu ilə

Hücumçular: Tim Keyhill ("Milluol"), Tomi Yuric ("Lütsern", İsveçrə), Metyu Leki ("Herta" Berlin, Almaniya), Endryu Nabbut ("Urava", Yaponiya), Dimitri Petratos ("Nyukasl Jets"); Daniel Arzani ("Melburn"), Ceymi Maklaren ("Haybernian", Şotlandiya)

Dünya çempionatının daha bir iştirakçısı yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avstraliya milli komandası Rusiyaya aparacağı son “23-lüy”ü açıqlayıb.
 
Materik təmsilçisinin baş məşqçi Bert van Marveyk mundiala 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi, 7 hücumçu aparmağı qərara alıb. 
 
 
Qapıçılar: Metyu Rayan ("Brayton", İngiltərə), Denni Vukoviç ("Genk", Belçika), Bred Cons ("Feyenoord", Hollandiya);
 
Müdafiəçilər: Aziz Behiç ("Bursaspor", Türkiyə), Miloş Degenek ("Yokohama", Yaponiya), Metyu Yurman ("Suvon", Cənubi Koreya), Ceyms Meredit ("Milluol", İngiltərə), Coş Risdon ("Uestern Sidney Uonderers"), Trent Seynsberi ("Qrasshopper", İsveçrə); 
 
Yarımmüdafiəçilər: Mayl Yedinak ("Aston Villa", İngiltərə), Cekson İrvayn ("Hall Siti", İngiltərə), Robbi Kruz ("Boxum", Almaniya), Massimo Luonqo (KPR), Mark Milliqan ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Aaron Muy ("Haddersfild", İngiltərə), Tom Rogic ("Seltik", Şotlandiya);  
 
 
Qeyd edək ki, DÇ-2018-də C qrupunda yer alacaq Avstraliya millisi Fransa, Danimarka və Peru ilə mübarizə aparacaq.