Demet Akalının Bakı konserti ləğv olundu

Türkiyəli ifaçı Demet Akalının Bakı konserti ləğv olunub

Müğənni bu barədə sosial media hesabında məlumat verib.

O bildirib ki, konsertinin ləğv olunmasından xəbərsiz olub.

“Sorğusuz-sualsız təşkilatçılar Bakı konsertini ləğv edib. Kimdən qorxdunuz ki?”, - deyə Akalın yazıb.

Qeyd edək ki, sənətçi son zamanlar həyat yoldaşı Okan Kurtdan boşanması ilə gündəmə gəlib.

Məhz boşanma hadisəsindən sonra da Demetin konserti ləğv olunub. (oxu.az)

MilliYol.az