Demet Gülşənlə barışdı, Sereni sildi  

Yeni boşanan müğənni Demet Akalın müğənni Seren Serengillə əlaqələrini kəsib

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, Demet həmkarının çətin günlərində yanında olmadığını deyib. Akalın Sereni İnstaqram hesabında izləmədən çıxarıb. Sentyabrın 12-si boşanan sənətçi sosial media hesabının hekayə bölümündə açıqlama olaraq bu sözləri yazıb:


“Ayın 11-nə kimi gündə 1500 dəfə zəng et. Amma iki həftədir səs-sorağı yoxdur. Gülməlisiniz”.

Demet müğənni Gülşənlə də münasibətini bu səbəblə bitirmişdi. Lakin Gülşən ötən həftə müğənniyə zəng edib. Ardınca ikili barışıb.

MilliYol.Az

Demet Gülşənlə barışdı, Sereni sildi - Milliyol.az