“Dəniz kuboku - 2017”-yə MiQ-29 təyyarələri cəlb olunacaq


Bu gün “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin bu mərhələsinin təmin olunmasına Azərbaycan Hərbi Hava Qüvvələrinin dörd MiQ-29 təyyarəsi cəlb olunacaq.

MilliYol.Az