Dilarənin maşınından 2 min oğurlandı


Müğənni Dilarə Kazımovanın maşınına hücum edilib

O, “Audi” markalı avtomobilini Teymur Elçin küçəsində yaşadığı binanın qarşısında saxlayıb.

Gecə saatlarında naməlum şəxs D.Kazımovanın 90 OH 527 nömrəli maşınının şüşəsini sındıraraq “bardaçok”dan 2 min manat oğurlayıb.

D.Kazımova hadisə ilə bağlı bu gün səhər saatlarında polisə məlumat verib. Hazırda araşdırma aparılır. (qafqazinfo)
Dilarənin maşınından 2 min oğurlandı - Milliyol.az