Din xadimlərinə 400-450 manat maaş veriləcək


"Mart ayından başlayaraq din xadimlərinə məvacibin verilməsi planlaşdırılır"

Bu barədə AzVision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.

Komitə rəsmisi bildirib ki, din xadimlərinə 400-450 manat civarında əmək haqqı veriləcək.

"Bu, onların tutduğu vəzifədən asılı olacaq. İmamlar, imam müavinləri və dini ayin icraçıları statusuna uyğun əmək haqqı alacaqlar".
Din xadimlərinə 400-450 manat maaş veriləcək - Milliyol.az