Donald Trampdan Emin Ağalarova təbrik - VİDEO

Müğənni Emin Ağalarov ABŞ-ın yeni prezidenti Donald Trampla olan videosunu paylaşıb.
 
Eminin "Instagram" hesabında yerləşdirdiyi videoda Trampın 2 il əvvəlki təbriki yer alıb. Bu təbriki xatırladan müğənni ABŞ prezidentini son uğurlarına görə təbrik edib: 
 
"Siz bütün dünyaya yanıldıqlarını isbat etdiniz. Bu, sadəcə, inanılmazdır! Təbrik edirəm cənab Tramp! Mən bilirdim ki, siz bunu edə bilərsiniz. İndi sizin vaxtınızdır ki, dünyanı yaxşıya doğru dəyişəsiniz".(baku.ws)



MilliYol.Az