“Dostluğumuzun yüksək səviyyəyə çatdığını həyəcanla müşahidə edirik”


“Dünən və bu gün Azərbaycanda keçirdiyimiz görüşlərdə Azərbaycanla qardaşlıq və dostluğumuzun nə qədər yüksək səviyyəyə çatdığını həyəcanla müşahidə edirik”

APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə Bakıda keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında deyib.

 O bildirib ki, Bakı- Tbilisi-Qars dəmiryol xəttinin açılışı qürurverici hadisədir: “Artıq xalqlarımızın tək Qarsdan Bakıya deyil, Pekinə və Londona qədər getdiyi günləri görərik”. 

MilliYol.Az