Dövlət agentliyinin “Facebook“ səhifəsi bağlanır

Mənzil İnşaatı Dövlət Agentliyinin Məhdud Məsuliyyətli Cəmiyyətinin "Facebook" səhifəsi bağlanıb. 

MilliYol.Az xəbər verir ki, səbəb səhifədən şikayətlər edilməsidir. Bu barədə MMC-nin səhifəsində məlumat verilib. Bildirilib ki, səhifədən şikayətlər olduğuna görə bir müddət fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, MİDA MMC prezident İlham Əliyev 11 aprel tarixli fərmanı ilə yaradılıb.

MilliYol.Az