Dövlət əhəmiyyətli obyektlərin hamısında elektrik enerjisi təminatı bərpa olunub


“Bakı şəhəri üzrə birinci kateqoriyalı obyektlər- xəstəxanalar, Bakı Metropoliteni, Heydər Əliyev Beynəlxalq Hava Limanı, su və kanalizasiya sistemi, hərbi hissələr və dövlət əhəmiyyətli digər obyektlərə elektrik enerjisinin verilişi tam bərpa olunub”

Bunu APA-ya “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, digər ərazilərdə də “Azərişıq” hazır vəziyyətdə sistemdə elektrik enerjisinin təminatını gözləyir.
Dövlət əhəmiyyətli obyektlərin hamısında elektrik enerjisi təminatı bərpa olunub - Milliyol.az