Dövlət universitetləri bağlanacaq? - Rəsmi açıqlama

Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

MilliYol.Az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-nın sorğusuna cavab olaraq deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, bəzi təhsil ekspertləri bir çox dövlət universitetlərinin bağlanacağı barədə açıqlama veriblər.

MilliYol.Az
Dövlət universitetləri bağlanacaq? - Rəsmi açıqlama - Milliyol.az