Dubayda intizamlı sürücülərə qızıl maşın verildi


Dubay polisi sürücülərin yollarda daha nizam-intizamlı və diqqətli olması istiqamətində stimul olaraq maraqlı hədiyyə fikirləşib

Təmiz qızıldan düzəldilmiş oyuncaq maşın hələlik iki sürücüyə təqdim olunub.

Qeyd edək ki, hazırda Dubayda sürücülər üçün aksiya keçirilir: bir ay ərzində maşını nizamlı, cəriməsiz sürənlərin hesabına 2 bal əlavə olunur. Toplanan ballar il ərzində kiçik cərimələrin ödənməsinə sərf oluna bilər. Amma balların sayı 24 keçərsə, o zaman qızıl maşını əldə edə biləcəklər. 

İl ərzində yüksək bal toplayanların sayı 2000 olub. Onlardan 656-sı qadın sürücülərdir. Qızıl maşının kimə hədiyyə olunacağı isə püşk vasitəsilə müəyyən edilib. (publika.az)
Dubayda intizamlı sürücülərə qızıl maşın verildi - Milliyol.az