Dünyanın ən bahalı qırıcılarının uçuşları dayandırıldı

Pentaqon beşinci nəsil F-35 qırıcılarının uçuşlarının dayandırılması haqqında göstəriş verib

Səbəblərdən biri kimi təyyarələrin yanacaq sistemində nasazlığın mümkünlüyü göstərilir.

Bu üzdən də ABŞ ordusunda olan, habelə digər orduların istifadəsində olan F-35 qırıcılarının hamısı yoxlanılacaq.

Yoxlanmanın 1-2 günə yekunlaşacağı bildirilir.

Qeyd edək ki, müvafiq qərarın qəbuluna sentyabrın 28-də ABŞ-da F-35B qırıcısının qəzaya uğraması səbəb olub.

Lockheed Martin F-35 Lightning II qırıcılarının yaradılması proqramı silah istehsalı tarixinə ən bahalı proqram kimi düşüb. ABŞ bu proqramın icrasına 1,5 trilyon dollar vəsait xərcləyib.

MilliYol.Az

Dünyanın ən bahalı qırıcılarının uçuşları dayandırıldı - Milliyol.az