Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi


Əfqanıstan prezidenti Əşrəf Qəni “Taliban” terror təşkilatı ilə müvəqqəti atəşkəs elan olunduğunu açıqlayıb

Prezident atəşkəsin Ramazan bayramı ilə əlaqədar elan olunduğunu bildirib.

Qeyd olunur ki, atəşkəs Ramazan ayının 27-ci günündən Ramazan bayramının 5-ci gününədək (iyunun 11-dən iyunun 19-dək) müddəti əhatə edəcək.

Ə.Qəni bəyan edib ki, bu müddət ərzində Əfqanıstan ordusu “Taliban”a qarşı hücum əməliyyatlarını dayandıracaq.(Trend)
Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi - Milliyol.az