Əfqanıstanda ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib


Əfqanıstanın paytaxtında ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib

Bu haqda “Reuters” agentliyi məlumat verib.

Ölkənin təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, partlayış NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının yerləşdiyi yerin yaxınlığında baş verib.

Bildirilir ki, partlayış terrorçu-kamikadze tərəfində xarici qüvvələrin konvoyun keçidi zamanı həyata keçirilib. Son məlumata görə, azı 4 nəfər həlak olub.(virtualaz.org)

MilliYol.Az
Əfqanıstanda ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib - Milliyol.az