Əfqanıstanda məsciddə partlayış: 20 ölü


Əfqanıstanın şərqindəki Qardez şəhərində (Paktiya vilayəti) məsciddə partlayış baş verib

MilliYol.Az report-a istinadən xəbər "Pajhwok" agentliyi 20 nəfərin öldüyünü, azı 40 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı barədə məlumat verib.

Bildirilib ki, məscidə cümə namazı vaxtı iki terrorçu-kamikadze hücum edib.

Yerli hökumət orqanlar partlayış olduğunu təsdiqləyiblər. Hadisənin təfərrüatları aydınlaşdırılır.
Əfqanıstanda məsciddə partlayış: 20 ölü - Milliyol.az