Ekologiya Nazirliyinin işçiləri Astara və Lerik meşələrini məhv edir (FOTO)

Qış ayları olmasına baxmayaraq Astara və Lerik meşələri məhv edilməkdə davam edir. Sakinlər nadir agac növləri ilə zəngin meşələrin qırılmasında yerli ekologiya işçilərini günahkar bilirlər.

AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbər şəxslərinin merkantil maraqlar güdməsi səbəbindən agaclar məhv edilir.

Astaranın Əsxənəkəran meşəbəyliyinin 2 və 3 saylı meşə dolayları və Lerikin Razvondaband meşəbəyliyinin 16 saylı meşə dolayında agaclar kütləvi şəkildə qırılır.

MilliYol.Az AzToday.az-a istinadən həmin meşə dolaylarında “yaşıl soyqırım”ın görüntülərinin bir hissəsini təqdim edir:

 

Ekologiya Nazirliyinin işçiləri Astara və Lerik meşələrini məhv edir (FOTO) - Milliyol.az