Əli Abbasova yeni vəzifə verildi


Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib.
 
APA-nın məlumatına görə, bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb.
 
AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-nın müşaviri təyin olunduğunu bildirib.
 
Rəyasət Heyəti təklifi dəstəkləyib.

MilliYol.Az
Əli Abbasova yeni vəzifə verildi - Milliyol.az