Əli Həsənovdan güllələnən icra başçısı ilə bağlı - Açıqlama


Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olub.

MilliYol.az xəbər verir ki, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov BBC Azərbaycanca-ya bildirib.

"Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir. Cinayəti törədən şəxs polis tərəfindən yaxalanıb”,- deyə Əli Həsənov bildirib.

MilliYol.az
Əli Həsənovdan güllələnən icra başçısı ilə bağlı - Açıqlama - Milliyol.az