Elmar Məmmədyarov Brüsselə səfər edəcək


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsselə səfər edəcək

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfər fevralın 9-na nəzərdə tutulur.

Səfərin məqsədi Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir. 

E.Məmmədyarovun Avropa İttifaqında bir sıra görüşləri də planlaşdırılır.

Görüşlərdə Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığı nəzərdə tutan saziş üzrə müzakirələr aparılacaq.


MilliYol.Az