Elmar Məmmədyarov istefa verdi, yeni nazirin adı açıqlandı

Elmar Məmmədyarov istefa verib.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin rəhbəri artıq istefa ərizəsini təqdim edib.

Əldə olunan məlumata görə, artıq nazir postuna yeni təyinat olub. XİN-nin yeni rəhbəri Təhsil naziri Ceyhun Bayramovdur. Məlumat hələ ki, rəsmi təsdiqlənməyib.

Prezidentin Ceyhun Bayramovu qəbul etdiyi bildirilir.

Elmar Məmmədyarov istefa verdi, yeni nazirin adı açıqlandı - Milliyol.az