Elxan Süleymanovu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxardılar


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib

APA-nın məlumatına görə, heyətdən çıxarılan 3 nəfərin yerinə təyin olunan digər parlamentarlar Ülviyyə Ağayeva və Asim Mollazadədir.

Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

***

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

APA-nın məlumatına görə, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıblar.

Onların əvəzinə hələlik deputat Elşad Həsənov nümayəndə heyətinin tərkibinə daxil edilib.