"Ən bahalı aktrisayam" - Natavan


"Kaprizli biriyəm. Eyni zamanda da ən bahalı aktrisayam"

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Natavan Əfəndiyeva deyib. Ötən gün tədbirlərin birində fotokameramız qarşısına keçən aktrisa işlərindən danışıb. 

O bildirib ki, heç vaxt komediya filmində çəkilməyəcək:

"Bir neçə dəfə təklif almışam, amma razılaşmamışam. Özümü komediya filmlərində görmürəm. 

Mənim heç bir kompleksim yoxdur, özümü sevirəm. Məmnuniyyətlə Conni Deplə eyni filmdə çəkilərdim". 

MilliYol.Az
"Ən bahalı aktrisayam" - Natavan - Milliyol.az