Ərdoğan Azərbaycana yeni hərbi attaşe təyin etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yeni hərbi attaşe təyin edib.

MilliYol.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu vəzifəyə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının İnspeksiya və qiymətləndirmə bölməsinin rəis müavini, general İsmayıl Hakkı Köseali layiq görülüb.

Qeyd edək ki, Türkiyə Ordusuna komandan-general, admiral təyinatları da həyata keçirilib.

Ərdoğan Azərbaycana yeni hərbi attaşe təyin etdi - Milliyol.az