“Bu sıradan bir səsvermə, referendum deyil. Bu referendum Türkiyə cümhuriyyətində yeni idarəetmə üsulunu müəyyənləşdirəcək”.
MilliYol.Az modern.az-a istinadən xəbər verirki, bu sözləri bu gün İstanbulda referendumda səs verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O bildirb ki, yeni idarəetmə sistemi Türkiyənin daha sürətlə inkişaf etməsinə yol açacaq: "İnanıram ki, xalqımız lazımi seçimini edəcək, gələcəyə doğru inamla addımlayacaq. Seçkilərdə aktivliyin yüksək səviyyədə olacağını gözləyirəm”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsini nəvəsi ilə birlikdə qutuya atıb.
MilliYol.Az



































