Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başladı

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

APA-nın xəbərinə görə, təlimlər Ağdamın işğal altındakı Uzundərə kəndi ərazisində keçirilir. Təlim zamanı ağır artilleriya qurğularından atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrindən eşidilir.

Hazırda təlim davam edir.

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başladı - Milliyol.az