Ermənilər Kəlbəcərdə 50 yeni ev inşa edəcək


Ermənilər işğal altında saxladıqları Qarabağ torpaqlarında süni məskunlaşma siyasətini davam etdirir

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma “Dağlıq Qarabağ rejimi”nin “şəhərsalma naziri” Karen Şahramanyan yaxın 2 il ərzində Kəlbəcər rayonunun mərkəzində diasporun ianələri hesabına 50 yeni ev inşa olunacağını elan verib.

“Avstraliya erməniləri 50 yeni evin inşası üçün müraciət ediblər. Onlar Kəlbəcərdə yeni yaşayış məhəlləsi salmaq istəyir”.