Ermənilərin atdığı kimyəvi tərkibli mərmi partladıldı - FOTOLAR

Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin mayın 11-də cəbhəboyu zonaya səfəri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Milli Yol"a verilən məlumata görə,Azərbaycan Respublikasının Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə 13 ölkədən 20-dən artıq hərbi attaşe iştirak edib.

Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor mərmisi atdığı əraziyə baxış keçiriblər. 

Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib.

"Milli Yol"
Ermənilərin atdığı kimyəvi tərkibli mərmi partladıldı - FOTOLAR - Milliyol.az