Ermənistan ordusunun zabitini döyərək xəstəxanalıq etdilər


İşğalçı Ermənistan ordusunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində daha bir ağır cinayət hadisəsi qeydə alınıb

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, alayın zabiti kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır.

MilliYol.Az