Ermənistanda martda yeni prezident seçiləcək


Ermənistanda prezident seçkiləri martın 2-də keçiriləcək

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bunu yerli Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.

O bildirib ki, namizədliklərin müzakirəsinə bu həftədən etibarən başlanılacaq.

Xatırladaq ki, Ermənistan prezidenti ilk dəfə olaraq ümumxalq səsverməsi əsasında yox, Milli Məclis tərəfindən seçiləcək. Onu da qeyd edək ki, indiki prezident Serj Sarkisyanın üçüncü müddətə namizəd olmaq hüququ yoxdur.

MilliYol.Az
Ermənistanda martda yeni prezident seçiləcək - Milliyol.az