Əvəz Zeynallıya xəbərdarlıq olunub - YENİLƏNİB

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb. Bu barədə Ə.Zeynallı özünün "facebook" səhifəsində məlumat verib.

"Bu gün məni saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırdılar", - Ə.Zeynallı bildirib.

Qeyd edək ki, Ə.Zeynallı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü il dekabrın 29-da Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

*  *  *

Polis "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya xəbərdarlıq edib. 

Ə.Zeynallı sahə müvəkkili Nadir Abbasovla görüşüb. Sahə müvəkkili jurnalistə fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.("Report")

MilliYol.Az
Əvəz Zeynallıya xəbərdarlıq olunub - YENİLƏNİB - Milliyol.az