Fernando Torres “Qarabağ”la bağlı etiraf etdi


Madridin “Atletiko” klubunun ulduz hücumçusu Fernando Torres komandasının La Liqanın ilk dövrəsində və Çempionlar Liqasının qrup mərhələsində çıxışını qiymətləndirib

Virtualaz.org xəbər verir ki, bunlarla bağlı Torres deyib:

“Şübhəsiz, mövsümə pis başladıq, lakin bu, uzun yoldur və təqvimin ağırlığı Çempionlar Liqasında da özünü göstərdi. Komanda qeyri-stabil oynayırdı, “Qarabağ”la iki heç-heçə isə bizi Çempionlar Liqasının pley-off mərhələsindən etdi. İndi bizim başqa ümidlərimiz var”.
Fernando Torres “Qarabağ”la bağlı etiraf etdi - Milliyol.az